"Şəmkir" Türkiyə klubunu uddu

"Şəmkir" Türkiyə klubunu uddu

Antalyada təlim-məşq toplanışında olan “Şəmkir” ilk yoxlama oyununu keçirib. Fanat.Az xəbər verir ki, I divizion təmsilçisi bu gün Türkiyə çempionatının aşağı liqasında çıxış edən "Kuşadası" ilə görüşüb.

 

Matçı azərbaycanlı hakimlər idarə edib. Kərim Kərimov, Mübariz Haşımov və Yaşar Abbasovun briqadası təmsilçimizin 1:0 hesablı qələbəsini qeydə alıb.

 

Oyun qərblilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu görüşün 78-ci dəqiqəsində Etibar Süleymanov vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər