"Şəmkir" məşqçisi ilə vidalaşdı

"Şəmkir" məşqçisi ilə vidalaşdı

2-ci Liqa təmsilçisi "Şəmkir"də ayrılıq yaşanıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, klub məşqçi Rüfət Quliyevlə yollarını ayırıb.

Daha öncə 1-ci Liqada mübarizə apardığı dönəmdə "Araz-Saatlı"nın baş məşqçisi olmuş Quliyev bu yay qərb təmsilçisi ilə müqavilə bağlamışdı. Tərəflər ötən həftə əməkdaşlığa son qoyublar.

Xatırladaq ki, "Şəmkir"in baş məşqçisi Azərbaycan millisinin və "Qarabağ"ın sabiq hücumçusu Vüqar Nadirovdur. Sözügedən komanda hazırda 2-ci Liqanın turnir cədvəlində 9 xalla 3-cü pillədə qərarlaşıb. 

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər