"Şəmkir" baş məşqçisinə qapını göstərdi

"Şəmkir" baş məşqçisinə qapını göstərdi

Növbəti mövsümdən Premyer Liqada oynamaq istəyən “Şəmkir” baş məşqçisiylə yolları ayırıb. Fanat.Az xəbər verir ki, Qəhrəman Əliyevin istefaya göndərildiyini klubdan təsdiqləyiblər.

 

Birinci divizionun XV turunda “Rəvan”dan alınan 1:2 hesablı yenilgi rəhbərliyin radikal addım atmasını şərtləndirib.Əliyevin köməkisi Mehman Yunusov onun səlahiyyətlərini müvəqqəti olaraq icra etsə də, qərblilər yeni çalışdırıcı axtarışındadı. Qəhrəman bəyin boşaltdığı posta 3 adı açıqlanmayan namizəd var.

 

Fanat.Az 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər