Samir Əliyev "Sumqayıt"la oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi bunları deyib:
“Oyundan öncə çox şey yazıldı. Amma hər şey meydançada həll olunur və siz necə gərgin mübarizənin getdiyini gördünüz. Biz bir neçə oyundu ki, qələbə qazana bilmirdik. Sumqayıt səfərində qazanılacaq 3 xal bizə hava və su kimi lazım idi. İlk hissədə hesabda geri olsaq da, ikinci hissədə dönüş edə bildik. Futbol səhvlər üzərində qurulub. Bundan öncəki oyunlarda səhvlər etdik, məğlub olduq. Səhv olmalıdı ki, top da qapıdan keçsin”.
Fanat.az