"Səhv etmişəm" - Əliyar Ağayev

"Səhv etmişəm" - Əliyar Ağayev
"Həmin epizodda mövqeyim əla idi. Oyun zamanı qərarıma heç bir şübhəm yox idi. Qarşılaşmadan sonra Xaqani müəllim (Xaqani Məmmədov - red) səhv etdiyimi dedi. Mən də şoka düşdüm". Fanat.az xəbər verir ki, bu sözləri FIFA referisi Əliyar Ağayev deyib.
Kubokun "Neftçi" - "Qəbələ" oyununda qonaqların təmiz penaltisini verməyən referi bu gün səhvini etiraf edib: "Evə getdikdən sonra epizodun təkrarına baxdım. Bəlkə də karyeram ərzində etmədiyim səhvləri bu mövsüm etdim. Başqa oyunların nəticəsinə təsir edən səhvlərə də yol vermişəm. Bunun da cəzasını almışam. Bu, növvbəti mövsümə daha yaxşı hazırlaşmaq üçün əlavə stimul olacaq. Üzr istəmək zəiflik deyil. Tənqidə normal yanaşıram".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər