"Şehiç doğrudan da güclü qapıçıdı"

"Şehiç doğrudan da güclü qapıçıdı"

“Çempionluqdan danışmaq üçün çox tezdi. Düzdü, bəziləri bizi indidən qalib sayır. Ancaq məncə, əsas mübarizə irəlidədi. Qızıl medalları qazansaq, bu sevinci yaşamaq bizə qismət olsa, xüsusi hisslər keçirərəm”. Bu sözləri Fanat.az-a açıqlamasında “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev deyib. 

Əsas heyətdəki yerini İbrahim Şehiçə uduzan qolkiper əlavə edib: “Qarabağ” uzun müddət şərəfini qoruduğum, özümə çox doğma saydığım klubdu. Əlbəttə, hamı oynamaq istəyir. Amma mənim üçün komandanın uğuru daha vacibdi. Şehiç doğrudan da güclü qapıçıdı, işinin öhdəsindən lazımınca gəlir”.

Əlcək sahibi komanda yoldaşı Reynaldonun milliləşdirilməsini istəmir: "Reynaldonun səviyyəsi göz qabağındadı. Sürətli, texnikalı, qol vəziyyətləri yaratmağı bacaran, bombardirlik keyfiyyətləri olan futbolçudu. Yəqin ki, yığmaya da xeyri dəyər. Amma şəxsən mən millimizdə yalnız azərbaycanlı uşaqları görmək istəyirəm".

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər