"Şaxtyor"un (Donetsk) yeni baş məşqçisi müəyyənləşib.
Fanat.az xəbər verir ki, Mirça Luçeskunun istefasından sonra boş qalmış baş məşqçi vəzifəsinə Paulo Fonseka təyin edilib.
43 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, P.Fonseka ötən mövsüm Portuqaliyanın "Braqa" klubu çalışdırıb.
Fanat.az