Ukraynada davam edən vətəndaş müharibəsi futbola ziyan vurmaqda davam edir. Fanat.az xəbər verir ki, bu dəfə "Şaxtyor"un bazası hədəfə çevirilib.
Ötən həftə "Şaxtyor"un ev oyunlarını keçirdiyi "Donbass Arena"ya iki top mərmisi düşmüş və arenaya ciddi ziyan dəymişdi. Bu dəfə isə klubun bazası hədəf olub. Klubdan verilən açıqlamada bildirilir ki, bazaya ciddi ziyan dəyib. Futbolçuların boş vaxtlarını keçirdiyi bölmə ilə idman salonu istifadəyə yararsız hala düşüb.
Qeyd edək ki, "Şaxtyor" Donetskdəki müharibə üzündən paytaxt Kiyevə köçüb. Komanda ev oyunlarını Lvovda keçirir.
Fanat.az