Avropa Liqasında 2015/16 mövsümünün sonuncu püşkatma mərasimi keçilib. Fanat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə yarımfinal və final mərhələlərinin cütləri bəlli olub.
Bu mərhələdə 2 İspaniya, 1 İngiltərə və 1 Ukrayna klubu mübarizə aparacaq. Avropanın ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 4 ən güclü komanda əvvəl iki yarımfinal cütünü müəyyənləşdirib. Ukraynanın "Şaxtyor" klubu 4 dəfə turnirin qalibi olaraq rekorda imza atan, son 2 mövsümdə qızıl medallara sahib çıxan "Sevilya"ya rəqib olub. "Liverpul" isə finala gedən yolda "Vilyarreal"la qarşılaşacaq.
Ardınca isə mayın 18-də, Bazelin "Sent Yakob-Park" stadionunda baş tutacaq final qarşılaşmasının nominal meydan müəyyənləşib. Püşk nəticəsində "Vilyarreal" - "Liverpul" cütünün qalibi finalın nominal meydan sahibi olub.
Qeyd edək ki, yarımfinalın ilk oyunları aprelin 28-də, cavab matçları mayın 5-də baş tutacaq.
Avropa Liqası
Yarımfinal
Şaxtyor (Ukrayna) - Sevilya (İspaniya)
Vilyarreal (İspaniya) - Liverpul (İngiltərə)
Final
Vilyarreal//Liverpul - Şaxtyor//Sevilya
Fanat.az