İngiltərə millisinin hücumçusu Harri Keyn Avropa çempionatının 1/4 finalında İsveçrə ilə oyun öncəsi fikirlərini bildirib.
Fanat.Az "Goal"-a istinadən xəbər verir ki, təcrübəli forvard millinin baş məşqçisinə yubiley hədiyyəsi etmək istədiklərini bildirib:
“Bilirəm ki, baş məşqçi bəzən tənqidlərlə üzləşir, amma meydançaya çıxan və vəziyyəti dəyişə bilən bizik. Hiss edirik ki, çalışdırıcı bizə çox şey verib - o, İngiltərə millisinin tarixindəki ən uğurlu mütəxəssislərdən biridir. Odur ki, meydançaya çıxıb ona hədiyyə etməliyik. İngiltərə ilə 100 oyuna çatmaq inanılmaz bir nailiyyətdir. Düşünürəm ki, ona verə biləcəyimiz ən yaxşı şey qələbədir. Ümid edirəm ki, bunu bacararıq”.
Qeyd edək ki. İsveçrə ilə qarşılaşma Qaret Sautqeytin İngiltərə yığmasının sükanı arxasında 100-cü oyunu olacaq.
Mirağa