"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

Braziliyanın UOL portalı Neymarın "Santos"la müqaviləsinin detallarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, 33 yaşlı ulduzun indiki iş yerində ayda 3,3 milyon dollar qazanır.

Sponsorlar və futbolka satışından gələn gəlirlərin 75 faizinə sahib çıxan Neymara stadionda 3 VİP loja ayrılıb. Ulduz oyunçunun dostlarının və ailə üzvlərinin təyyarədə uçuş xərcləri ödənilir, onların lüks otellərdə qalması təmin edilir. "Santos" ümumilikdə büdcəsinin 25 faizini Neymara xərcləyir.

Xatırladaq ki, sözügedən futbolçu yetirməsi olduğu "Santos"a bu ilin yanvarında qayıdıb. Braziliya təmsilçisində 9 matça çıxan Neymar 3 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər