"Şamaxı"da növbəti ayrılıq

"Şamaxı"da növbəti ayrılıq

“Şamaxı” futbolçusu Rauf Rüstəmli ilə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İcarə müqaviləsinin müddəti başa çatan 21 yaşlı yarımmüdafiəçi Rauf məxsus olduğu “Sabah” klubuna qayıdıb.

Bölgə təmsilçisi futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

“Şamaxı” bunadək Kamal Bayramov (karyerasını başa vurub), Fəxri Məmmədli, Maykl Tuik, Vasili Radenoviç, Vasili Bakiç, Leroy Mikels, Brahim Konate və Murad Vəliyevlə də yollarını ayırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər