Almaniya mətbuatı yayda karyerasını bitirəcək Filipp Lamın – “Bavariya”nın kapitanının sarğını kimə miras qoyacağını yazıb. Fanat.Az xəbər verir ki, “qırmızılar”a növbəti mövsümdən qapıçı Manuel Noyer kapitanlıq edəcək.
Maraqlıdı ki, Noyer 2011-ci ildə Münhen klubuna keçəndə fanatların böyük qismi onun transferinə qarşı çıxmış, hətta rəhbərliyi boykotla hədələmişdi. Səbəb Manuelin “Şalke 04”ün radikal fanatlarından olmasıydı.
Fanat.Az