"Şahdağ"ın baş məşqçisi istefa verdi

"Şahdağ"ın baş məşqçisi istefa verdi
"Şahdağ" baş məşqçisiz qalıb. Klubun mətbuat хidmətindən Fanat.az-a bildirilib ki, baş məşqçi Telman Cavadov öz istəyi ilə istefaya gedib.
Buna səbəb komandanın uğursuz çıхışı olub. I divizionda V turdan sonra 13-cü pillədə qərarlaşan "Şahadğ" kubokun 1/16 finalında "Şəmkir"ə yenilib. 
Telman Cavadov "Şəmkir"lə oyundan sonra istefa verib. Onun klubda başqa vəzifəyə təyin edilməsi gözlənilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər