"Sadıq Sadıqovun yerinə olsam, onları iti qovan kimi qovardım"

"Sadıq Sadıqovun yerinə olsam, onları iti qovan kimi qovardım"
“Partizan”a məğlub olması “Neftçi”ni kəskin tənqidə tuş edib. Fanat.az xəbər verir ki, klubun keçmiş idman direktoru, hazırda komandada hüquqşünas kimi çalışan Güloğlan Cabbarov da məğlubiyyətə münasibət bildirib.
Cabbarov "Facebook" səhifəsində yazdığı statusda məğlubiyyətə görə “Neftçi”nin məşqçilər korpusunu ittiham edib: “Dünən “Neftçi”nin oyununu bütün Azərbaycan gördü. “Neftçi”nin oyunundan əsər-əlamət yox idi. Dünənki oyunu uduzmağımızın səbəbi məşqçilər korpusunun təkəbbürlüyü idi. Mən həmişə istefanın əleyhinə olmuşam. Amma Sadıq müəllimin yerinə olsam, bu faciəli oyunun memarlarını, oyundan qabaq bu yükü boynuna götürən insanları iti qovan kimi qovardım".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər