AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkil etdiyi “Sabahın Ulduzları” Bakı Kubokunun həlledici görüşlərinin vaxtı dəyişdirilib. Fanat.Az -ın əldə etdiyi məlumata görə, əvvəlcə sentyabrın 27-nə planlaşdırılan final oyunları ertələnib. "Formula 1" və anım günü tədbirləri ilə bağlı yarışın son oyunları, o cümlədən bağlanış mərasimi ayın sonuna keçirilib. U-14 və U-15 yaş qrupunun mükafatçıları sentyabrın 29-u və 30-da bəlli olacaq. "CBC Sport" kanalında canlı yayımlanacaq tədbirin sonunda qaliblər, o cümlədən digər medalçılar mükafatlandırılacaq. Qeyd edək ki, U-14 yaş qrupunun final oyununda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcək, “Ulduz” və “Neftçi”nin görüşündə bürünc medalların sahibi müəyyənləşəcək. U-15 yaş qrupunda isə final oyunu “Neftçi” və ”Ulduz” komandalarının arasında olacaq. 3-cü mükafat uğrunda EFA və ”Qarabağ” mübarizə aparacaq. Mirağa
"Sabahın Ulduzları": Final oyunlarının vaxtı dəyişdi
TREND
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Azərbaycan futbolu
18:38
15.10.2026
AFFA-da 2027/2028 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
17:50
15.10.2026
"Sabah"la oyun ərəfəsində "Qəbələ" qapıçısını itirdi
Azərbaycan futbolu
17:14
15.10.2026
1-ci Liqa: Lider ilk məğlubiyyətin acısını daddı, "Səbail"dən inamlı qələbə