"Rusiyada çox şey qazanmışdım, amma hamısını oğurladılar" - Daniel Karvalyo

"Rusiyada çox şey qazanmışdım, amma hamısını oğurladılar" - Daniel Karvalyo

Moskva MOİK-inin sabiq futbolçusu Daniel Karvalyo Rusiyada oynadığı dönəmdə evinin qarət edilməsini yada salıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "CSKA TV" belə çatdırıb:

"Rusiyada çox şey qazanmışdım, amma hamısını oğurladılar. Çərçivədə olan futbolkalarımı da apardılar. Heç nə qalmadı. Bu, yetərincə uzun müddət öncə baş verib. Bütün mükafatlarımı oğurladılar. Qalan yeganə şey UEFA Kubokunun finalında ən yaxşı oyunçuya verilən mükafat  oldu. Onu da oğurlamasınlar deyə kluba verdim".

Xatırladaq ki, Karvalyo 2004-2010-cu ullər aralığında Moskva təmsilçisinin uğurları üçün çalışıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər