"Rossonerilər" müdafiəni Süle ilə gücləndirir - SON DURUM

"Rossonerilər" müdafiəni Süle ilə gücləndirir - SON DURUM

İtaliyanın "Milan" klubu müdafiə xəttindəki problemləri həll etmək üçün "Borussiya Dortmund"un təcrübəli oyunçusu Niklas Süle ilə maraqlanır.

Fanat.Az xəbər verir ki, "Sky Italia"nın məlumatına görə, "rossonerilər" 30 yaşlı almaniyalı müdafiəçini heyətinə qatmaq üçün artıq ilkin təmaslara başlayıb.

Müdafiənin həm mərkəzində, həm də sağ cinahında çıxış edə bilən Sülenin təcrübəsi "Milan" rəhbərliyi üçün əsas amillərdən biri hesab olunur.

Hazırda Dortmund təmsilçisi ilə 2026-cı ilə qədər müqaviləsi olan futbolçunun İtaliyaya transfer ehtimalı yanvar ayında dəqiqləşəcək.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər