Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında daha bir idmançımız mübarizəyə qoşulub. Fanat.Az xəbər verir ki, bu gün akademik avarçəkmə yarışları üzrə yarımfinal yarışları keçirilib.
Azərbaycanı təmsilçiləri Aleksandr Aleksandrov - Boris Yotov dueti də mübarizə aparıb. 2000 m məsafəyə yürüş idmançılarımız üçün uğursuzluqla nəticələnib. Serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç, italiyalı Françesko Fossi - Romano Battisti, litvalı Mindauqas Qrişkonis - Saulius Ritter, fransalı Uqo Buşeron - Matyö Androdias və almaniyalı Marsel Hakker - Ştefan Krüger duetləri ilə yarışan avarçəkənlərimiz finiş xəttinə sonuncu - 6-cı çatıblar. Onlar lider olan litvalı duetdən (6:14.61) nə az, nə çox 22,88 saniyə geri qalıblar. Reqlamentə əsasən, ilk “üçlük” finala vəsiqə qazanıb.
Aleksandrov - Yotov dueti yarımfinalda iştirak edən 12 ölkə arasında isə 11-ci olub. Onlar avqustun 11-də saat 15.50-də 7-12-ci yerlər uğrunda təsəlliverici yarışa qatılacaqlar.
Təmsilçilərimizin rəqibləri Serbiya, Almaniya, Yeni Zelandiya, Avstraliya və Bolqarıstan duetləri olacaqlar.
Fanat.Az