"Rio-2016": 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazandıq

"Rio-2016": 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazandıq

Paralimpiya oyunlarında Azərbaycan millisi ilk qızıl medalını qazanıb. Fanat.Az xəbər verir ki, cüdoçumuz Ramil Qasımov (73 kq) mötəbər turniri qələbə ilə başa vurub.

 

Yarışa 1/4 final mərhələsindən başlayan təmsilçimiz ilk olaraq kubalı Cerardo Rodrigezi məğlub edib. Yarımfinalda alman Nikolay Kornhassı yolundan kənarlaşdıran idmançımız qızıl medal uğrunda ukraynalı Dmitro Soloveylə üz-üzə gəlib.

 

Rəqibini ipponla məğlub edən Qasımov Paralimpiya Oyunlarında millimizə ilk qızıl medalını qazandırıb.

Cüdoçumuz Rövşən Səfərov (81 kq) turniri bürünc medalla başa vurub. Təmsilçimiz yarışa 1/8 final mərhələsindən start verib. İlk olaraq belaruslu Aleksandr Kazlounu yolundan kənarlaşdıran Səfərov 1/4 finalda ukraynalı Aleksandr Kosinova uduzub. Buna baxmayaraq, Kosinovun finala yüksəlməsi idmançımızın “bürünc” yolunu açıb.

 

Şansı əldən verməyən idmançımız əvvəlcə argentinalı Xose Effronu, daha sonra isə Böyük Britaniya təmsilçisi Conatan Dreyni məğlub edərək Braziliyadan medal qayıtmağı bacarıb.

Atlet Yelena Çebanu isə gümüş medala layiq görülüb. O, 100 metrə məsafəyə qaçışda ikinci yeri tutub. Çebanu 11.71 saniyə nəticə göstərib. Paralimpiya çempionu isə kubalı Omara Durand olub - 11.40 saniyə.

 

Qeyd edək ki, yarışların ilk günündə daha bir cüdoçu Bayram Mustafayev mübarizəni "gümüş"lə başa vurmuşdu.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər