"Reynaldo Türkiyə və ya Avropada oynamaq istəyir" - Menecer

"Reynaldo Türkiyə və ya Avropada oynamaq istəyir" - Menecer
"Reynaldo Türkiyə və ya Avropada oynamaq istəyir". Fanat.Az xəbər verir ki, bu sözləri futbolçunun meneceri Tural Əsgərov deyib.
Menecer Türkiyənin ajansspor.com saytına açıqlamasında "Qarabağ"ın braziliyalı futbolçusu ilə bağlı danışıb. Tural Əsgərov Reynaldonun türk klublarından təklif almasını təsdiqləyib: "Gənclərbirliyi" ötən həftə Reynaldo ilə maraqlandı. Stankunun komandadan ayrılmasından sonra onun transferi yenidən gündəmə gəldi. "Adanaspor" da bizimlə əlaqə saxladı. Amma anlaşma olmadı. "Adanaspor" Reynaldonun istədiyi məbləği vermədi. O, Türkiyə və Avropada oynamaq istəyir. Klubu ilə 1,5 illik müqaviləsi var. "Qarabağ" futbolçunu icarəyə vermək istəmir, satmaq niyyətindədir".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər