"Rəvan”ın U-19 komandasının yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, Fizuli Məmmədovun istefasından sonra boşalan post gənc mütəxəssisə həvalə olunub.
Belə ki, klub rəhbərliyi 2015/16 mövsümündə UEFA Gənclər Liqasında ölkəmizi təmsil edəcək komandanı Anar Vəliyevə tapşırıb.
Qeyd edək ki, Vəliyev 2013/14 mövsümündə "Rəvan"ın əvəzedici komandasının baş məşqçisi vəzifəsində çalışıb. Sonuncu mövsümdə isə əsas komandada Ramil Əliyevin köməkçisi olub.
Fanat.az