"Rəvan"da ciddi problemlər var

"Rəvan"da ciddi problemlər var
Topaz Premyer Liqasının XXXIII turu çərçivəsində "Xəzər Lənkəran”ın qonağı olacaq "Rəvan” hazırlıqlarını tamamlayıb. Fanat.az xəbər verir ki, Bakı klubu bu gün saat 09.30-da paytaxtı tərk edəcək.
Heyətdə cəzalı futbolçu olmasa da, zədəlilərin durumu baş məşqçi Güvənc Kurtarı qayğılandırır. Belə ki, polşalı qapıçı Lukaş Sapela, braziliyalı hücumçu Tyaqo Mirasema və yarımmüdafiəçi Elvin Həsənəliyevin "Xəzər Lənkəran"a qarşı oynayıb-oynamayacaqları sual altındadı. Oke Akpovetanın meydana çıxmayacağı isə dəqiqdi. Zədədən əziyyət çəkən nigeriyalı hücumçu rəhbərlikdən icazə alaraq, yaşadığı Danimarkaya yollanıb. O, həftəsonu geri dönəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər