"Rəvan"da 4 problem var

"Rəvan"da 4 problem var
"Rəvan” Topaz Premyer Liqasının XIII turunda "Sumqayıt”ı qəbul edəcək. Fanat.az xəbər verir ki, Bakı klubu noyabrın 8-də baş tutacaq görüşün hazırlıqlarına start verib.
Bu gün keçirilən səhər məşqi "Bayıl Arena”da baş tutub. Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçirilən hazırlıqda Elvin Həsənəliyev və Aqil Nəbiyev iştirak etməyib. Səbəb futbolçuların özlərini yaxşı hiss etməməsidi. Kristian Torreslə Rəşad Abdullayev isə fərdi məşqlərlə kifayətlənib. Əvəzində Sahib Savankulov komanda ilə ümumi qrupda çalışıb. Daha çox fiziki hazırlığa yer ayrılan məşqdə Diniyev yetirmələrinin toplu davranışlarını təkmilləşdirməsi üçün də vaxt ayırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər