"Rəvan" yoldaşlıq oyunu keçirəcək

"Rəvan" yoldaşlıq oyunu keçirəcək
Premyer Liqanın XIII turunda "Sumqayıt"la qarşılaşan "Rəvan"ın futbolçularına 4 günlük istirahət verilib. Fanat.az xəbər verir ki, baş məşqçi Şahin Diniyevin qərarına və planına əsasən komanda ayın 13-də bir araya gələcək.
Məşqləri bərpa etdikdən sonra isə futbolçular ardıcıl 4 gün Mərdəkandakı "Dalğa Arena"da çalışacaq. Məşqlər gündə 2 dəfə olmaqla keçiriləcək. Səhərlər baş tutacaq hazırlıq prosesi fiziki, axşam məşqləri isə taktiki-texniki yöndə olacaq.
"Rəvan" milli komandaların oyunları ilə əlaqədar olaraq yaranmış fasilədən maksimum istifadə edərək yoldaşlıq görüşü də keçirmək niyyətindədi. Oyun noyabrın 17-nə planlaşdırır. Amma hələ sınaqçı-rəqibin kimliyinə aydınlıq gəlməyib. Noyabrın 19-dan etibarən isə komanda sırf "Qarabağ"la oyunun hazırlıqlarına başlayacaq. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər