"Rəvan" Sloveniyada hazırlıq keçəcək

"Rəvan" Sloveniyada hazırlıq keçəcək

"Rəvan" klubu yeni mövsüm üçün hazırlıq planını artıq müəyyənləşdirib. Futbolçuları mayın 21-dən istirahətə buraxılan komanda bir də iyunun 18-də  bir araya yığışacaq. Ancaq legionerler düşərgəyə bir az gec-ayın 23-də qoşulacaq. 20 günə yaxın müddətdə Bakıda məşq edəcək "Rəvan" iyulun ortalarında hazırlıq məqsədi ilə xaricə - Sloveniyaya üz tutacaq. 

Burada komanda dörd yoxlama oyunu keçirməyi planlaşdırır. Sloveniyadan qayıtdıqdan sonra çempionatın startına qədər olan müddətdə yenidən Bakıda hazırlıq keçəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər