"Rəvan" Slovakiya millisinin üzvünü gətirir

"Rəvan" Slovakiya millisinin üzvünü gətirir
"Rəvan" heyətinə daha bir legioner qatır. Fanat.az futbol11.az saytına istinadən xəbər verir ki, Güvənc Kurtar Slovakiya milli komandasının üzvü Kamil Kopuneki sərəncamında görmək istəyir. 
30 yaşlı slovakiyalı futbolçu 2011-2013-cü illərdə Bratislava "Slovan"ında çıxış edib (43 oyun). O, hazırda azad agentdi. O, əvvəllər Slovakiyanın "Spartak" (Trnava, 2002-2010, 196 oyun, 11 oyun), Rusiyanın "Saturn" (2010, 7 oyun) və İtaliyanın "Bari" (2011, 18 oyun) klublarında çıxış edib. 2006-cı ildən Slovakiya millisinə dəvət edilən müdafiəyəmeyilli yarımmüdafiəçi 17 oyunda qol vurub. "Transfermarkt" ona 375 min avro qiymət qoyubö
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər