Vladislav Qədirovla yollarını ayıran "Rəvan" artıq yeni baş məşqçi axtarışına çıxıb. Fanat.az "Komanda" qəzetinə istinadən xəbər verir ki, "sarı-qırmızılılar" tanınmış yerli mütəxəssis Şahin Diniyevlə rəsmi danışıqlara başlayıb və artıq prinsipial razılığa gəliblər. Yaxın iki gün ərzində bu məşqçinin təyinatı açıqlanacaq.
Qeyd edək ki, Şahin Diniyevin son iş yeri Rusiyanın "Terek" klubu olub. O, Qroznı təmstilçisindən ayrıldıqdan sonra - 2009-cu ildən işsiz qalıb. 2005--2007-ci illərdə milli komandamızı çalışdırmış 47 yaşlı mütəxəssis əvvəllər "Qarabağ" və "Kəpəz"ə başçılıq edib.