"Rəvan" "Xəzər Lənkəran" üçün hazırlaşdı

"Rəvan" "Xəzər Lənkəran" üçün hazırlaşdı
"Rəvan" Premyer Liqanın XXV turunda "Xəzər Lənkəran"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, Bakı klubu matçın hazırlıqlarını başa vurub.
"Bayıl Arena"da keçirilən məşq saat 16.00-da başlayıb. Təxminən bir saat davam edən hazırlıqda baş məşqçi Güvənc Kurtar yetirmələrini çox da yükləməyib. Məşqdə zədəli Aqil Nəbiyev və cəzalı olduğundan əvəzedicilərdə oynamış Cəmşid Məhərrəmovla Lukaş Sapela iştirak etməyib. Qalan bütün futbolçular məşqçilər korpusunun sərəncamında olub. Ənənəvi isinmə hərəkətlərindən sonra futbolçular taktiki-texniki hazırlıq üzrə məşqçilərdən son tapşırıqlarını alıb. Cinah asmalaları üzərində işlədikdən sonra futbolçular qapıya zərbələrlə məşqi bitirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər