"Rəvan" "Türkiyə qaçaqları"ndan 30 min istəyir

"Rəvan" "Türkiyə qaçaqları"ndan 30 min istəyir
"Giresunspor"la müqavilə bağlayan Kamal Bayramov və Ayaz Mehdiyevlə "Rəvan" arasındakı qalmaqal davam edir. Bakı klubunun xəbəri olmadan türklərlə müqavilə bağlayan futbolçular keçmiş komandaları ilə problemlərini həll etməyiblər. Heç "Giresunspor" da bu futbolçulara görə, "Rəvan"a müraciət etməyib.
Paytaxt təmsilçisi Kamalla Ayazın transferinə görə türklərdən pul tələb edir. Fanat.az artıq həmin məbləği müəyyənləşdirib. Əldə etdiyimiz məlumata görə, "sarı-qırmızılılar" futbolçuların transfer vərəqəsini vermək qarşılığında hərəsindən 15 min manat istəyir.
Lakin Kamal ümumiyyətlə pul vermək niyyətində deyil. Ayaz isə 10 min manat ödəməyə gücünün çatdığını bildirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər