"Rəvan Həmzəzadə utancvericidir" - Yassin Benzia

"Rəvan Həmzəzadə utancvericidir" - Yassin Benzia

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutan "Sabah" – "Qarabağ" matçı böyük qalmaqalla başa çatıb.

Fanat.Az xəbər verir ki, cavab görüşündə "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmanın son dəqiqələrində yaşanan penalti epizodu ciddi müzakirələrə yol açıb.

Meydan sahiblərinin cərimə meydançasında baş verən mübahisəli vəziyyətdə hakimin penalti qərarı verməməsi "köhlən atlar"ın sabiq legioneri Yassin Benzianı hiddətləndirib. Əlcəzairli futbolçu öz rəsmi "Instagram" hesabında etdiyi paylaşımda hakimliyi "biabırçılıq" adlandıraraq sərt tənqidlərlə çıxış edib.

Benzia paylaşımında "Hakim utancvericidir... Ayıbdır. Ölkənin ən yaxşı komandasına qalib gəlməyin tək yolu budur" sözlərini qeyd edib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər