Böyükağa Hacıyev "Rəvan"la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Rəşad Sadiqovun "Xəzər Lənkəran"a qarşı oynamayacağını deyib:
"Hər iki hissədə rəqib qapısına hücumlar təşkil etdik. Lakin cəmi 1 qol vura bildik. 1:0 “sürüşkən” hesabdı, oyunun sonlarında hər şey ola bilərdi. “Rəvan” son kubok oyununda “Bakı”ya qalib gəldiyi üçün daha istəkli idi. Bu səbəbdən də oyunun gərgin keçəcəyini bilirdim. Vacib 3 xalı qazandıq. Cavid İmamvediyev əvvəlki oyunlara nisbətən daha çox nəzərə çarpırdı. Potensialı daha yaxşı oynamağa imkan verir. Bahodir Nasimov əzələsini dartdı, tibbi müayinədən sonra dəqiq diaqnozu bilinəcək. Rəşad Sadiqov əvəzedici komandada oynamağa başlayıb, aldığım məlumata görə, yaxşı oynayır. İnanıram ki, sıralarımıza qayıdacaq. Amma “Xəzər Lənkəran”la oyunda heyətdə olacağı gözlənilmir".
Fanat.az