"Real"la "Barsa" UEFA-nı "yoldan çıxardı"- YENİLİK GÖZLƏNİLİR

"Real"la "Barsa" UEFA-nı "yoldan çıxardı"- YENİLİK GÖZLƏNİLİR

UEFA avrokuboklarla bağlı daha bir yeniliyə hazırlaşır. Fanat.Az xəbər verir ki, Avropanın ali futbol qurumunda əyləşənlər Çempionlar Liqasının oyunlarının keçirilmə günlərini dəyişdirmək fikrinə düşüb.

 

Belə ki, çərşənbə axşamı və çərşənbə günləri baş tutan ÇL matçlarının şənbə və bazara salınması götür-qoy edilir. UEFA yaxın müddətdə məsələ ilə bağlı qərarını ictimaiyyətə açıqlayacaq. Hərçənd ideya həyata keçiriləcəyi təqdirdə, yenilik 1/4 və 1/2 final görüşlərini əhatə edəcək.

  

Mümkün variant “Real”, “Barselona” və “Yuventus”un müraciəti əsasında işlənilir.  Amerika və Asiya ölkələrinə yayımlanan görüşlərdən daha çox vəsait qazanmağı arzulayan Avropa nəhəngləri belə desək, təşəbbüskarlardı. Klubların arzusu çin olsa, yenilik 2020/21 mövsümündə sınaqdan keçiriləcək.

 

Qeyd edək ki, final oyunları bir müddət öncədən şənbə günlərində oynanılır.

 

 

Fanat.Az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər