"Real"ın yeni baş məşqçisi müəyyənləşdi - Benites qovuldu

"Real"ın yeni baş məşqçisi müəyyənləşdi - Benites qovuldu
"Real" baş məşqçisi Rafael Beniteslə yollarını ayırıb. Fanat.az xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışı olub.
Ötən gün səfərdə "Valensiya" ilə "sülh" bağlayan (2:2) "Kral Klubu"nun prezidenti Florentino Peres İdarə Heyətinin təcili toplantısını çağırıb. İdarə Heyəti mövsümün əvvəlində işə başlayan Rafael Benitesin istefaya göndərilməsinə qərar verib.
Komandanın baş məşqçi postunun mövsümün sonunadək Zinəddin Zidana tapşırlıdığı deyilir. Ona Santi Solari yardımçı olacaq.
Qeyd edək ki, Zidan 2001-2006-cı illərdə "Real"da çıxış edib. Bu müddətdə o, La Liqanın, İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub. 2013/14 mövsümündə "Real"da məşqçi işləyən 43 yaşlı fransız mütəxəssis 2014-cü ildən "Real"ın B komandasına başçılıq edir. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər