"Real"ın yeni baş məşqçisi müəyyənləşdi

"Real"ın yeni baş məşqçisi müəyyənləşdi

Zinəddin Zidan "Real"ın baş məşqçi postundan kənarlaşdırıla bilər. Fanat.az xəbər verir ki, bu barədə İspaniya mətuatı məlumat yayıb.

İddiaya görə, "Real" rəhbərliyi yeni baş məşqçi də tapıb. İddiaya görə, klub rəhbərliyi "Sevilya"nın baş məşqçisi Unay Emeri ilə anlaşıb. 

Qeyd edək ki, 2013-cü ildən "Sevilya"nı çalışdıran Unay Emeri ardıcıl 3 dəfə (2013/14, 2014/15, 2015/16) Avropa Liqasının qalibi olub. 44 yaşlı ispan mütəxssis əvvəllər İspaniyanın "Deportivo", "Almeriya", "Valensiya" və Rusiyanın "Spartak" (Moskva) klublarını çalışdırıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər