"Real"ın ulduzuna fantastik təklif - 85 milyon

"Real"ın ulduzuna fantastik təklif - 85 milyon
"Real"ın ulduzu Ceyms Rodrigesə daha bir müştəri çıxıb. Fanat.Az xəbər verir ki, "Çelsi", "Mançester Yunayted", "Arsenal" və PSJ-nin ardınca kolumbiyalı ulduz "Yuventus"un da maraq dairəsinə düşüb.
Bu yay Qonzalo Hiquaynı 90 milyon avroya alıb, Paul Poqbanı 105 milyona satan Turin klubu Rodriges üçün 85 milyon avro təklif edir. "Real"ın bu təklifə hansı cavabı verəcəyi maraq doğurur.
Qeyd edək ki, "Real" Rodrigesi 2014-cü ildə "Monako"dan 75 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 70 milyon avro qiymət qoyub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər