"Mançester Yunayted" "Real"ın futbolçusuna elçi düşüb. Fanat.az xəbər verir ki, İngiltərə klubu PSJ-nin də heyətinə qatmaq istədiyi Toni Kroosla müqavilə bağlamaq istəyir.
"Mançester Yunayted" alman ulduz üçün heç fədakarlıqdan çəkinməyəcək. İddialara görə, "qırmızı şeytanlar" bu futbolçu üçün "Real"a 50 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, "Real" 26 yaşlı yarımmüdafiəçini 2014-cü ildə "Bavariya"dan 25 milyon avroya transfer edib.
Fanat.az