"Sözsüz ki, Osiyekdə Azərbaycanla (6:0), Zaqrebdə Norveçlə (5:1) keçirdiyimiz oyunlardan daha çətin matçlar olacaq. Ancaq biz seçmə mərhələ boyu göstərdiyimiz eyni səviyyədə qalmışıqsa, əminəm ki, məqsədimizə nail olacağıq. Bilmirəm ki, biz bu 2 səfərdən 4 xala razı qalacağıq, ya yox".
Madrid "Real"ında çıxış edən futbolçu o, Bakıya, daha sonra Avropanın cənubundan şimalına - Norveçin paytaxtı Osloya getməyin çətin olduğunu bildirib: "Gəlin, əvvəlcə Azərbaycanla oynayaq, daha sonra Norveçlə matç haqda düşünərik. Mən qazanacağımız 6 xaldan razı qalaram, ancaq 4 xaldan yox.
Modriç Azərbaycan üzərində 6:0-lı darmadağından sonra Berti Foqtsu əvəzləyən Robert Prosineçki haqda danışıb: "Prosineçki bizi əla tanıyır. Ancaq düşünmürəm ki, şanslar onların tərəfindədi. Onun rəhbərliyi altında Azərbaycan yığması son 2 matçda əvvəlkindən yaxşı oynayıb, yaxşı nəticələr qazanıb. Ancaq inanmıram ki, bu vacib rol oynasın".
Fanat.az