"Real"ın futbolçusu İsko karyerasını "Milan"da davam etdirə bilər. Fanat.az xəbər verir ki, ispan yarımmüdafiəçi İtaliya klubunun maraq dairəsinə düşüb.
Qeyd edək ki, "Real" İskonu 2013-cü ildə "Malaqa"dan 30 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 35 milyon avro qiymət qoyub. Ötən mövsüm 43 rəsmi oyuna çıxan 24 yaşlı futbolçu 5 qol vurub.
Fanat.az