"Real"ın ulduzu İngiltərəyə köçür

"Real"ın ulduzu İngiltərəyə köçür

Fransa millisinin və "Real Madrid"in müdafiəçi yarımmüdafiəçisi Orelyen Tçuameninin İngiltərə Premyer Liqasına yollanmaq imkanı var. 

Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb. 

Mənbənin məlumatına görə, 24 yaşlı futbolçunun xidmətində London “Arsenal”ı maraqlıdır. Müqavilənin qışda bağlanması ehtimalı böyükdür. 

Tçuameni "Arsenal"da, londonluların yollarını ayırmağı planlaşdırdıqları Tomas Parteyi əvəz edə bilər. 

Orelyenin bazar qiyməti 100 milyon avrodur. Onun "kral klubu" ilə 2028-ci ilin iyun ayının sonuna qədər müqavilə öhdəlikləri var. 

İspaniya çempionatının bu mövsümündə yarımmüdafiəçi 4 oyun keçirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər