"Real"ın ulduzu həbs edildi - ŞOK

"Real"ın ulduzu həbs edildi - ŞOK

İspaniyanın “Real” klubunun hücumçusu Kərim Benzema “Lion” klubunun futbolçusu Matye Valbuenanın şantaj edilməsi işi üzrə Fransa polisi tərəfindən həbs olunub.

Fanat.az xəbər verir ki, hücumçu yaxın vaxtlarda polis tərəfindən sorğu-sual ediləcək.

Qeyd edək ki, oktyabrın 13-ü Fransa polisi ölkə millisinin və Rusiyanın “Kuban” klubunun sabiq hücumçusu Cibril Sisseni həbs etmişdi. Bundan əvvəl adı çəkilməyən daha üç şəxs də polis tərəfindən saxlanılıb.

Ehtimal olunur ki, bu şəxslərdə Valbuenaya məxsus intim xarakterli görüntülər var.

Daha sonra Fransa polisi sübutlar olmadığı üçün Sisseni azadlığa buraxıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər