Madrid “Real”ının müdafiəçisi Pepe Çinə gedir. Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Mançester Siti” və PSJ-nin transfer siyahısına düşən arxa xətt oyunçusu “qıyıqgözlər”in təklifi qarşısında tab gətirməyib.
O, mövsümün sonunda “Xebey Çayna Forçun”la anlaşacaq. Çin klubu Pepeyə ildə 12 milyon avro maaş verməyə hazırdı. 34 yaşlı futbolçunun keçidini “Real”lın sabiq çalışdırıcısı Manuel Pelleqrini həll edib. Pelleqrini hazırda sözügedən Çin təmsilçisində iş başındadı.
2007-ci ildə “Portu”dan 30 milyon avroya alınan Pepe “Real”ın formasıyla 333 oyuna çıxıb. Müdafiəçi madridlilərin heyətində 14 qol vurub və 19 məhsuldar ötürmə verib.
Fanat.Az