"Partizan"ın gənc futbolçusu Andriya Jivkoviçin atası "Real"ın təklifindən imtina etdiklərini açıqlayıb. Fanat.az xəbər verir ki, ata Jivkoviç "Kral Klubu"nun oğlu üçün 15 milyon avro təklif etdiyini bildirib.
Oğlunun İspaniyaya getməsinə əngəl olduğunu deyən ata Jivkoviç qərarını belə izah edib: "Dünyanın ən böyük klublarından biri olan "Real" 15 milyon avro təklif etdi. Amma qəbul etmədik. Çünki bu pula görə onun karyerasını zibil qutusuna atmaq istəmirəm".
Andriya Jivkoviçin mövsümün sonunda "Partizan"la müqaviləsi başa çatacaq. Ata Jivkoviç klubunun onun dəyərini maksimum səviyyəyə çatdıra biləcəyinə və yeni müqavilə imzalayacağına inandığını bildirib. O, həmçinin qeyd edib ki, klub gənc futbolçuya ədalətli maaş təklif etmir. Oğlunun onu yetişdirən kluba bağlı olmaması ilə bağlı iddialara gəlincə, onun yayda başqa kluba transfer olmaq imkanı olmasına rəğmən "Partizan"da qaldığını deyib: "O, "Partizan"da oynamağa davam edəcək. Çünki kluba və baş məşqçinə söz verib. Oğlum komandasının Avropa Liqasına qatılması üçün yorğun olsa da, mübarizə apardı və kluba 7 milyon avro qazandırdı".
Fanat.az