İspaniya Kral Kubokunda "Real"ın qonağı olan "Olimpik Xativa" klubunun başına maraqlı hadisə gəlib. Fanat.az xəbər verir ki, komanda üzvləri Madriddə itib.
Belə ki, heyəti gəzdirən avtobusun şoferi komandanın qaldığı oteli tapa bilməyib və 2 saat Madriddə dolaşmalı olub. Daha sonra oteli şəhər sakinlərindən soruşmaqla tapmaq mümkün olub.
Qeyd edək ki, öz meydanında 0:0 hesablı heç-heçəyə razılaşan "Olimpik Xativa" Madriddə məğlubiyyətlə barışıb - 0:2.
Fanat.az