Madrid "Real"ının qapıçısı Keylor Navas zədələnib.
Təcrübəli qolkiper bu səbəbdən ABŞ-da keçiriləcək "Kopa Amerika"da Kosta-Rika millisinə kömək edə bilməyəcək.
Bu barədə məlumatı Kosta-Rika Futbol Federasiyası yayıb. Onun yerinə isə heyətə ölkənin "Deportivo Saprissa" klubunda forma geyinən Danni Karvahal daxil edilib.
Qeyd edək ki, Kosta-Rika A qrupunda yer alan ABŞ, Paraqvay və Kolumbiya milliləri ilə mübarizə aparacaq.
Fanat.az