"Mesut Özil əsl peşəkar deyildi. Qadın düşkünü idi. Problemi sadəcə qadınlar deyildi, gecələr yatmırdı. Məşuqələri ilə gecə əyləncələrinə çıxırdı". Fanat.az xəbər verir ki, bu sözləri "Real"ın prezidenti Florentino Peres deyib.
Türk əsilli futbolçunun "Real"a gələrkən dindar bir insan olduğunu, amma tezliklə qadın düşkününə çevirildiyini bildirən klub rəhbəri Mesutun atası Mustafa Özili acgözlükdə ittiham edib. Onun sözlərinə görə ata Özil oğlu üçün illik 8.5 milyon avro maaş istəyib.
Qeyd edək ki, İspaniya mətbuatı Özilin Venesuela gözəli Aida Yespikaya görə tez-tez Milan və Parisə səfər etdiyini yazıb. "Arsenal"a keçən futbolçu hazırda pop-ulduz Mandi Kapristo ilə birlikdədi.
Fanat.az