"Real"ın potensial rəqibi müəyyənləşdi

"Real"ın potensial rəqibi müəyyənləşdi
Dekabrın 10-dan 20-dək Mərakeşdə keçiriləcək klublararası dünya çempionatının püşkü atılıb. Fanat.az xəbər verir ki, pley-off, 1/4 və 1/2 finalın təqvimi müəyyənləşib.
Turnirdə Avropanı İspaniyanın "Real" (UEFA), Cənubi Amerikanı Argentinanın "San Lorenzo" (CONMEBOL), Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrini Meksikanın "Kruz Azul" (CONCACAF), Okeaniyanı "Aukkland Siti" (Yeni Zellandiya) və ev sahibi Mərakeşi "Moqreb Tetuan" klubları təmsil edəcək. Asiya və Afrika təmsilçiləri isə hələ bəlli deyil. Afrikanın təmsilçisi "Setif" (Əlcəzair) - "Vita" (Konqo), Asiya təmsilçisi "Vestern Sidney Vanderers" (Avstraliya) - "Əl-Hilal" (Səudiyyə Ərabistanı) matçlarından sonra müəyyənləşəcək.
Pley-off mərhələsində ev sahibi ilə Okeaniya təmsilçisi qarşılaşacaq. "Real" və "San Lorenzo" mübarizəyə yarımfinaldan başlayacaq.
Pley-off
10 dekabr
Moqreb Tetuan (Mərakeş) - Aukkland Siti (Yeni Zellandiya)
1/4 final
13 dekabr
Afrika çempionu - "Moqreb Tetuan"//"Aukkland Siti"
Kruz Azul (Meksika) - Asiya çempionu
1/2 final
16 dekabr
Real (İspaniya) - "Kruz Azul"//Asiya çempionu
17 dekabr
San Lorenzo (Argentina) - "Moqreb Tetuan"//"Aukkland Siti"//Afrika çempionu
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər