"Real"ın oyunçusu Madrid klubunu tərk etdi, İspaniyanı yox

"Real"ın oyunçusu Madrid klubunu tərk etdi, İspaniyanı yox

İspaniyanın "Xetafe" klubu "Real Madrid"in yarımmüdafiəçi Peter Federikonu transfer edib.

Fanat.Az xəbər verir ki, sözügedən klub bu barədə açıqlama yayıb. 

21 yaşlı futbolçu ilə 4 illik - 30 iyun 2028-ci ilə qədər müddətə müqavilə imzalanıb.

Dominikanlı futbolçu 2023/24 mövsümünün ikinci hissəsində "Valensiya"da icarə əsasında çıxış edib, 15 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Futbolçu son mövsümdə “Real Madrid”in əsas heyətində cəmi 24 dəqiqə (əlavə vaxt nəzərə alınmadan) meydanda olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər