"Real"ın oyunçularının istifadə etdiyi dolablar hərraca çıxarıldı

"Real"ın oyunçularının istifadə etdiyi dolablar hərraca çıxarıldı

Məşhur "Sotbis" ("Sotheby's") hərrac evi son 20 mövsüm ərzində “Real Madrid”in futbolçuları tərəfindən istifadə edilən 24 dolab onlayn şəkildə satışa çıxarıb.

Fanat.Az-ın "Telegraph"a istinadən məlumatına görə, bir vaxtlar Devid Bekhem, Zinəddin Zidan, Roberto Karlos kimi əfsanələrin, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda top qovan Kriştianu Ronaldunun istifadə etdiyi, “Real”ın 2022/2023 mövsümündəki komandasının portretləri ilə bəzədilmiş dolabların ilkin qiyməti 10-20 min funt-sterlinq aralığında dəyişir.

Qeyd edək ki, "Los Anceles Leykers"in helikopter qəzasında dünyasını dəyişən basketbolçusu Kobe Brayantın dolabı avqustda "Sotbis" tərəfindən 2.9 milyon dollara satılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər