"Real"ın transfer siyahısında olan daha bir ulduzun adı müəyynləşib. Fanat.az xəbər verir ki, "Kral Klubu" PSJ-dən Marko Verrattini heyətinə qatmaq istəyir.
Marko Verratti 2012-ci ildə "Peskara"dan PSJ-yə 12 milyon avroya transfer edilib. Hazırda "Transfermarkt" 23 yaşlı italyan yarımmüdafiəçiyə 40 milyon avro qiymət qoyub. O, cari mövsümdə PSJ-nin heyətində 28 rəsmi oyuna çıxıb.
Fanat.az